Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq

Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
MƏDƏNİYYƏT
14:05 22.05.2025
1813
Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkiləcək "Altın buzağı” bədii filmində baş rola dəvət alıb.

Bununla bağlı AZƏRTAC-a açıqlama verən Məlahət Abbasova artıq uzun illərdir Azərbaycanı qardaş ölkədə layiqincə təmsil etməsindən böyük qürur hissi keçirdiyini bildirib.

"Bu filmdə baş rola dəvət almaq məni çox sevindirdi. Filmin prodüseri və rejissoru Nazif Tunçdur. Ssenarisi isə Nazif Tunç ilə Yusuf Faruk Tunça aiddir. Mənə təklif olunan Ədalət Dəmir roludur. Ssenarini oxuduğumda gördüm ki, burada tək bir qadın rolu var. Bu rolu inanaraq mənə təklif edən prodüser şirkəti, Nazif Tunç və dəyərli menecerim Tuncay Altınoğluna sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Mənə verilən bu məsuliyyətin ağırlığının öhdəsindən layiqincə gələrək rolu ən yüksək səviyyədə oynayacağıma inanıram”, - deyə aktrisa bildirib.

Bundan əvvəl də bir neçə filmdə rol aldığını xatırladan Məlahət Abbasova deyib: "Bu filmlərdən biri "Qızım üçün”, digəri isə Azərbaycan və Türkiyə Mədəniyyət nazirliklərinin birgə istehsalı olan "Mahmud ilə Məryəm” filmindəki Qəmərbanu rolu idi. Bu filmin həyata keçməsi üçün iki qardaş ölkə nazirlikləri arasındakı körpünün qurulmasını da öz üzərimə götürmüşdüm. Bu mənim üçün çox sevindirici haldır. Bu gün də yenidən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən bir filmdə rol alacam, həm də baş rol. Türkiyədə istehsal olunan filmlərin əsasən məqsədi festivallarda iştirakdır. İnanıram ki, bu filmimiz də festivallarda nümayiş etdiriləcək və böyük mükafatlar qazanacaq. Çünki filmin ssenarisi təsəvvüfə bağlıdır və mənim rolum çox xeyirxah, saf, təmiz, dininə sadiq, hər kəsə doğru yolu göstərən qadını təmsil edir. Bütün bunlar isə bu gün dünyada baş verən bütün haqsızlıqlara qarşı insanların ən çox ehtiyac duyduğu xüsusiyyətlərdir. Artıq imzalar atılıb və hazırlıqlar başlayıb. Nəticənin gözəl olacağına inanıram. Bu təklif mənim üçün ölkəmi Türkiyə ilə yanaşı, dünyada da layiqincə təmsil etdiyimin göstəricisidir. Çünki, Türkiyədə çəkilən istər seriallar, istərsə də filmlər dünyada ən çox izlənənlər arasındadır. Bu baxımdan bir sənətçi kimi adımın azərbaycanlı olaraq dünyada tanınması mənə sonsuz qürur hissi verir. Bu sevincimi isə ilk dəfə sizinlə, yəni, AZƏRTAC-la paylaşmaq istədim”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı