Meloni sabah Trampla görüşəcək - Tarifləri müzakirə edəcək

Meloni sabah Trampla görüşəcək - Tarifləri müzakirə edəcək
DÜNYA
13:44 16.04.2025
666
İtaliyanın baş naziri Giorgia Meloni sabah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşərək beynəlxalq məsələləri, xüsusilə də tarifləri müzakirə edəcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Baş Nazirliyinin açıqladığı həftəlik proqrama əsasən, Meloni sabahdan etibarən iki gün ardıcıl olaraq ABŞ rəhbərliyi ilə yüksək səviyyəli təmaslar keçirəcək.
 
Meloni aprelin 17-də Vaşinqtonda Trampla görüşəcək və sonra Pasxa bayramı üçün İtaliyada olacaq ABŞ-ın vitse-prezidenti J.D.Vansı qəbul etmək üçün dərhal Romaya qayıdacaq.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, ABŞ prezidenti Trampın son həftələrdə Avropa Birliyi (AB) ölkələri də daxil olmaqla bir çox ölkə üçün gündəmə gətirdiyi yeni gömrük tarifləri məsələsi Meloni səfərinin əsas prioritetidir.

İki liderin tariflərdən əlavə, müdafiə xərclərinin artırılması, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ABŞ-Avropa İttifaqı (Aİ) münasibətləri, enerji və Çinlə münasibətləri müzakirə edəcəyi gözlənilir.

Mətbuatda yayılan xəbərlər hər iki liderin aralarındakı yaxşı münasibətləri vurğuladığına diqqət çəksə də, sabahkı görüşün Meloninin Tramp üzərində hər hansı təsirinin olub-olmaması ilə bağlı sınaq olacağına dair şərhlər var.

Dünən Romada qatıldığı tədbirdə çıxış edən baş nazir Meloni də Trampla keçirəcəyi görüşə işarə edərək, "Gəlin yaxın saatlarda vəziyyətin necə inkişaf edəcəyini görək. Çətin zamandır" deyib. 

Meloni onlara edilən təzyiqlərə diqqət çəkərək tariflə bağlı əllərindən gələni edəcəklərini bildirib.

Baş nazir Meloni qeyd edib ki, bu görüşdə Trampa İtaliya məhsulları idxal edən ölkələrdə sərvət yaratdığını söyləyəcək.

Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?
15:22 19.08.2026
Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?
“Övladım vahimə içində qaldı” – Qapı-qapı xidmət təklif etmək qanunidirmi?
15:15 19.08.2026
“Övladım vahimə içində qaldı” – Qapı-qapı xidmət təklif etmək qanunidirmi?
Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!
15:07 19.08.2026
Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!
Köhnə telefonlar niyə öz-özünə tətbiqlərə girir? – Səbəbi bu ola bilər
15:01 19.08.2026
Köhnə telefonlar niyə öz-özünə tətbiqlərə girir? – Səbəbi bu ola bilər
"Fənərbağça"nın futbolçusu "Barselona"ya keçir
14:52 19.08.2026
"Fənərbağça"nın futbolçusu "Barselona"ya keçir
ABŞ-İran münasibətlərində gərginlik artır: “Danışıqların dayanmasından söhbət gedə bilməz"
14:49 19.08.2026
ABŞ-İran münasibətlərində gərginlik artır: “Danışıqların dayanmasından söhbət gedə bilməz"
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:45 19.08.2026
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
Bu ərazilərdə qaz olmayacaq
14:43 19.08.2026
Bu ərazilərdə qaz olmayacaq
3 700 manatlıq dövlət işləri: Bu bacarıqları olanlar daha çox qazanacaq
14:33 19.08.2026
3 700 manatlıq dövlət işləri: Bu bacarıqları olanlar daha çox qazanacaq
“Yaşıl Cümə” yenidən “İrşad”da!
14:33 19.08.2026
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Hər arzuolunmaz tibbi nəticə həkim səhvidirmi? - Ali Məhkəmədən izah
14:26 19.08.2026
Hər arzuolunmaz tibbi nəticə həkim səhvidirmi? - Ali Məhkəmədən izah
Metroda dəyişiklik sərnişinlərə necə təsir edib? – VİDEOSORĞU
14:17 19.08.2026
Metroda dəyişiklik sərnişinlərə necə təsir edib? – VİDEOSORĞU
Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır
14:13 19.08.2026
Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır
Nazir Adil Kərimlinin tez-tez dəyişən müşavirləri – Kimlər hansı vəzifələrə keçib?
14:10 19.08.2026
Nazir Adil Kərimlinin tez-tez dəyişən müşavirləri – Kimlər hansı vəzifələrə keçib?
Çempionlar Liqası: "Sabah"ın oyunu bu telekanalda yayımlanacaq
14:04 19.08.2026
Çempionlar Liqası: "Sabah"ın oyunu bu telekanalda yayımlanacaq
Bakıda yaşamaq çətindir, yoxsa rayonda? - İqtisadçı AÇIQLADI
14:01 19.08.2026
Bakıda yaşamaq çətindir, yoxsa rayonda? - İqtisadçı AÇIQLADI