Bakının Nəsimi rayonu ərazisində uzun müddət davam edən tikinti işləri sakinlər üçün problemlər yaradıb.
Sakinlərdən AZXEBER.COM-a verilən məlumata görə, inşası davam edən yeni metronun tikinti işləri ilə əlaqədar olaraq, adıçəkilən stansiyanın ətrafında əhalinin gediş-gəlişi üçün müəyyən çətinliklər yaranıb.
Bununla yanaşı “Memar Əcəmi” stansiyasınn bir çıxışı da bağlanıb.
Qeyd edək ki, "Bakı Metropoliteninin perspektiv inkişafı üzrə Dövlət Proqramı"nın birinci beşillik planına uyğun olaraq,yeni metrostansiyaların inşası nəzərdə tutulub.
Əfsələddin Ağalarov