“Kurtlar Vadisi Pusu”nun sezon finalı möhtəşəm olacaq. Türkiyə mətbuatına istinadən verilən məlumatına görə, filmin 161-ci bölümündə Mematinin toyu olacaq. Toyun ən yadda qalan məqamından biri də Polad Alemdarla Mematinin rəqsidir.
Lakin hamının izlədiyi rəqs faciə ilə nəticələnir. Toyun səbəbkarı Mematini güllələyirlər. Hətta Mematinin vurulma səhnəsini son 10 ilə damğa vuracaq kadr adlandırırlar.
Qeyd edək ki, “Kurtlar Vadisi Pusu”nun sezon finalı iyunun 7-də TNT-də nümayiş olunacaq.