Məmur oğlu həbs edildi

Məmur oğlu həbs edildi
Bütün Xəbərlər
18:03 17.07.2014
995
Azərbaycanda məmur övladı həbs edilib.Saxlanılan şəxs Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbolovun oğlu Sədi Əbilovdur.S.Əbilov haqqında Masallı rayon Məhkəməsi inzibati həbs qərarı çıxarıb.Masallı rayon Məhkəməsindən ANS PRESS-ə verilən məlumata görə, onun barəsində 15 sutka inzibati həbs qərarı verilib.Rəisin oğlu yol hərəkəti qaydalarını pozduğuna və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə məsuliyyətə cəlb edilib.Masallı Rayon Polis Şöbəsindən də məlumat təsdiqlənib. Masallı RPŞ-dən verilən məlumata görə, polisə müqavimət göstərdiyinə görə, Sədi Əbilov Masallı Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs olunub.
Qeyd edək ki, S. Əbilov Masallıda özünə məxsus "Niva" markalı maşında kustar üsulla hazırlanmış pərdədən istifadə edib.
//ans
OXŞAR XƏBƏRLƏR