Məmurun dəbdəbəli toyuna görə araşdırma aparıla bilərmi? – Hüquqşünasdan açıqlama

Məmurun dəbdəbəli toyuna görə araşdırma aparıla bilərmi? – Hüquqşünasdan açıqlama
SOSİAL
15:20 14.09.2026
2356
Ötən gün Bakıda yerləşən "Böyük Saray”da keçirilən dəbdəbəli toy mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy mərasimində Azərbaycan və Türkiyədən tanınmış şəxslər, o cümlədən məşhur müğənnilər iştirak edib.

Mərasimdə ailə həyatı quran xanımın atası Elgün Feyzullayevin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini olduğu iddia edilir.
Məlumata görə, toyla bağlı görüntülərin yayılmasından sonra E. Feyzullayevin adı və vəzifəsi qurumun rəsmi internet səhifəsindən çıxarılıb.

Qeyd edək ki, vəzifəli şəxslərin dəbdəbəli həyat tərzi, xüsusilə də böyük məbləğdə vəsait tələb edən toy mərasimləri cəmiyyətdə zaman-zaman müzakirələrə səbəb olur. Belə hallarda əsas diqqət çəkən məsələlərdən biri də mərasimə çəkilən xərclərin şəxsin rəsmi gəlirləri ilə nə dərəcədə uyğun olmasıdır.
Bəs dövlət vəzifəsində çalışan şəxsin gəlirləri ilə xərcləri arasında ciddi fərq olduqda, bu, hüquqi baxımdan araşdırmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericilik vəzifəli şəxslərə dəbdəbəli toy keçirməyi qadağan etmir. Lakin belə hallarda şəxsin gəlirləri ilə bağlı araşdırma aparılması mümkündür:

"Əlbəttə ki, burada qanun kimsəyə dəbdəbəli toy keçirmək məhdudiyyəti qoymur. Amma heç şübhəsiz ki, bu, həmin məmurun ciddi şəkildə araşdırmaya məruz qalmaq zərurətini ortaya çıxarır. Belə ki, hər kəs aşağı-yuxarı bilir ki, ölkədə istər dövlət qulluğunda, istərsə də özəl sektorda mütəxəssislərin, məsləhətçilərin, baş məsləhətçilərin, sektor müdürlərinin, şöbə müdirlərinin və onların müavinlərinin əmək haqları nə qədərdir. Bu, cəmiyyətdə ciddi suallara səbəb olacaq və ictimaiyyətin də belə suallar verməyə tamamilə ixtiyarı çatır və bu, əsaslıdır. Əgər Nazirlər Kabineti tərəfindən vaxtında gəlirlərin bəyannaməsi forması və eyni zamanda hər bir vəzifəli şəxsin ildə bir dəfə gəlirlərini bəyan etməsi ilə bağlı tələb həyata keçirilsəydi, bu vəziyyətdə əlavə sualların yaranmasına səbəb olmaya bilərdi”.

Hüquqşünas hesab edir ki, vəzifəli şəxslərin gəlirlərinin şəffaf şəkildə bəyan edilməsi bu kimi hallarla bağlı yaranan sualların qarşısını ala bilər:

"Burada birinci növbədə hökumət, yəni Nazirlər Kabineti, ölkə başçısı tərəfindən tələb edilmiş ildə bir dəfə fiziki şəxslərin gəlir bəyannamələrini verməsi ilə bağlı tələbi yerinə yetirməlidir. Hər bir vəzifəli şəxs, hər bir dövlət qulluqçusu və yaxud da istənilən şəxs belə bəyannamələrin verilməsini icra etməlidir. Onda biz biləcəyik ki, həqiqətən, bu şəxs ümumiyyətlə dövlət qulluğu maaşı ilə hansı formada belə dəbdəbəli toy keçirmək iqtidarındadır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU