‘Mən adam tutdurmağı bacarmıram və heç kimi tutdurmaram’ - Zeynəb Xanlarova

‘Mən adam tutdurmağı bacarmıram və heç kimi tutdurmaram’ -  Zeynəb Xanlarova
Bütün Xəbərlər
02:18 22.04.2013
1351

“Əgər bir insan səhv edibsə və səhvini boynuna alırsa, onu mən də bağışlayıram. Olur da, həyatdır, heç vaxt səhvsiz insan olmur. Bir səhv idi oldu, bitdi. Mən bağışlamağı bacaran adamam”. 

AZXEBER.COM-un məlumatına görə, Azərbaycanın böyük sənətkarı, deputat Zeynəb Xanlarova bu fikri “Yeni Müsavat”a açıqlamasında barəsində iqtidara yaxın mətbuatda gedən neqativ yazılara münasibəti zamanı bildirdi.

Qeyd edək ki, israrlı xahişlərimizə baxmayaraq, öncə Zeynəb xanım son zamanlar adının ətrafında gedən müzakirələrə, bağ evinin yandırılması iddiası ilə bağlı həbslərə və digər məsələlərə münasibət bildirmək istəmədiyini qeyd etdi. Dedi ki, artıq o, bu məsələlərə nöqtə qoyub və diqqətini may ayının ilk yarısında ABŞ-da təşkil olunacaq böyük konsert proqramlarına yönəldib, hazırlıq işləri ilə məşğuldur. Lakin təkidli xahişlərimizdən sonra dəyərli sənətkarımızın bəzi məsələlərə münasibətini açıqlamasına razılığını ala bildik. Xüsusilə də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Z.Xanlarova ilə bağlı fikirlərindən, sənətkara hörmətini izhar etməsindən sonra xalq artistinin də mövqeyini bilmək maraqlı olardı.

Bütün bunlara münasibətini açıqlayarkən Z.Xanlarova dedi ki, onun fikri birdir: “Mən ömrüm boyu sözün düzünü, həmişə içərimdən gələn sözü demişəm. Ömrü boyu xalqıma, millətimə, torpağıma bağlı insanam. Əgər mən xalqın sözünü, sözün düzünü deyirəmsə, gərək bunu başqa cür fikirləşməsinlər. Dediklərimi başqa cür qiymətləndirmək də lazım deyil. Mən olanı deyirəm ki, adımı bu məsələlərə qarışdırmayın. Çünki mənim belə məsələlərlə işim yoxdur. Mənimki oxumaqdır. Dediyim kimi, mən adam tutdurmağı bacarmıram və heç kimi tutdurmaram. Sadəcə istəmirəm ki, mənim adımla başqalarını bədbəxt eləsinlər. Əgər kimsə cinayət edibsə, buna görə cəzasını çəkməlidir. Elə isə burda mənim adım niyə hallanmalıdır? Mən gedib dünya ölkələrində bayrağımızı qaldırıram. Mənim adım belə yerlərdə olmalıdır”.

Z.Xanlarova dedi ki, Ə.Həsənovun dediyi kimi, o, özü də adı ətrafında yaranmış söz-söhbəti bitmiş sayır və mövzuya birdəfəlik nöqtə qoyur. Xalq artisti siyasi proseslərdən kənar olduğunu da bəyan etdi: “Məni siyasətə qarışdırmasınlar. Düzdür, bir dəfə ölməz Heydər müəllimə dedim ki, mən siyasət bilmirəm. Qayıtdı ki, ən böyük siyasətçi sənsən ki, gedib Yaponiyada yapon mahnısı oxuyursan, bax, siyasət budur, Zeynəb xanım. Yoxsa siyasət o demək deyil ki, kim nə söz deyirsə, başqası da ona cavab verir. Dedi ən böyük siyasətçi sənsən ki, gedib dünyada bayrağımızı qaldırırsan, ”Azərbaycan" deyirsən. Deyirdi ki, sən 50 ildir səhnədəsən, böyük siyasətçi olduğunu dəfələrlə sübuta yetirmisən və bundan sonra da sübuta yetirəcəksən".

Xalq artisti ona qarşı tənqidi fikirlər səsləndirənlərə də reaksiya verdi: “Bəzən gülməyim gəlir, elə adamlar mənim haqqımda danışır ki, onlar buna layiq deyillər. Kim düz söz deyirsə, mənim gözümün nurudur. Bir adam millət, torpaq, xalqımın haqqında xoş söz deyirsə, mən onun tərəfdarı olan Adamam. Ancaq heç kim fikirləşməsin ki, Zeynəb dönən adamdır. Zeynəbi döndərmək olmaz. Mən bu hakimiyyəti istəmişəm, nə qədər həyatda varamsa, onları öz ailəm hesab etməkdə davam edəcəyəm. Mən xalqıma, prezidentimə sədaqətliyəm, kimsə məni bu yoldan döndərə bilməz. Sadəcə, mənim bir arzum var. Bunu dəfələrlə demişəm, prezidentimin ətrafında bəzi adamlar var... Müxalifətin adı çıxıb. Əsl aləmi qarışdıranlar orda oturan bəzi şəxslərdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
21:52 15.08.2025
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
21:51 15.08.2025
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
21:42 15.08.2025
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
21:39 15.08.2025
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
21:33 15.08.2025
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib