"Mən aparıcı deyiləm, xanəndəyəm" - Zaur Kamalın verilişini o aparacaq?

"Mən aparıcı deyiləm, xanəndəyəm" - Zaur Kamalın verilişini o aparacaq?
MAQAZİN
14:53 28.04.2026
3266
Tanınmış teleaparıcı Zaur Kamal fəaliyyətini televiziya aparıcısı kim deyil, layihə rəhbəri kimi davam etdirəcək.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Zaur Kamalın layihə rəhbəri olduğu veriliş ARB televiziyasında yayımlanacaq.
 
Verilişin həftə içi hər gün saat 19:00-da yayımlanacaq.
 
Zaur Kamalın layihə rəhbəri olduğu yeni verilişin aparıcısının isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Gülzar Fərəcova olacağı deyilir. Məlumata görə, xanəndənin aparıcı kimi sınaq çəkilişləri də baş tutub.

AZXEBER.COM mövzu ilə bağlı Gülzar Fərəcova ilə əlaqə saxlayıb.
O, qeyd edib ki, aparıcı deyil, xanəndədir:

"Bu məlumat hardandır, bilmirəm, amma mən bu haqda danışmaq istəmirəm. Mən aparıcı deyiləm, xanəndəyəm. Kim, hansı verilişi aparacaqsa, işi xeyirli olsun. Mən bu mövzuda danışa bilmərəm, ixtiyarım da yoxdur. Mayın 4-ü Zaur efirdə olacağını özü üçün paylaşmışdı. Kim deyib ki, orada aparıcı mən olacağam?"

Sənətçi bu iddiaların yayılma səbəbini də açıqlayıb:

"Bir neçə efirlərdə bununla bağlı mənə suallar verilib. Məni aparıcı kimi görmək istəyirblər, bu haqda soruşublar. Ola bilsin ki, o çıxışlarıma görə mənim adım hallanır".

AZXEBER.COM mövzu ilə bağlı ARB Televiziyasının Mətbuat Xidmətinin rəhbəri Mail Əsgərov ilə də əlaqə saxlayıb. O qeyd edib ki, mövzu ilə bağlı telekanalın açıqlaması olacaq.
 
Aysel Hacızadə
 


OXŞAR XƏBƏRLƏR