''Mən kənar adam deyiləm ki, xeyir-dua alım''

İDMAN
12:22 22.10.2012
1470

Dünən keçirilən Premyer Liqanın doqquzuncu turunun “Sumqayıt” - “Rəvan” matçını tribunadan izləyənıər arasında “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov da olub. Matçdan sonra müsahibə verən M.Qurbanov “Neftçi”yə böyükhesablı məğlubiyyti ətraflı izah edib, eyni zamanda Mehman Allahverdiyevlə bağlı məsələyə aydınlıq gətirib.

-Öncə başlayaq “Neftçi” ilə oyundan. Böyükhesablı məğlubiyyətin səbəbini necə izah edərdiniz?-Reallıq budur ki, “Neftçi” həmin günü güclü idi. Əsas heyətin bütün üzvləri oynadı. Ustalıq səviyyəsi də öz sözünü dedi. Həm də biz özümüz də zəif oynadıq.-Oyunda hesabı erkən qolla siz açdınız. Demək olar, bu, sizin əleyhinizə işlədi?-Bəli, demək olar. Futbolçularda arxayınlıq yarandı ki, “Neftçi”ni uduruq. Bundan başqa, erkən arxaya çəkildilər ki, bu da bizim ziyanımıza işlədi. Həm də “Neftçi” də erkən qoldan sonra tez ayıldı və irəli atıldı.-Mehdi Hüseynzadə adına stadiona yəqin ki, “Sumqayıt”ın oyununu izləmək üçün gəlmisiniz...- Elə-belə gəlmişik oyuna baxmağa. Çünki bizim üçün ilk növbədə öz komandamızın oyunudur.-Ancaq növbəti turda rəqibiniz “Sumqayıt”dı. Bu mənada onların oyununu izləməyiniz də normaldı...-Bu haqda hər şeyi açıqlamaq istəmirəm (gülür). Gələcək rəqibimizdi, gəldik, baxdıq və özümüz üçün lazım olan qeydləri də götürdük.-Sizin gəlişinizdən sonra “Kəpəz”in qarşısına qoyulan məqsəd nədən ibarətdir?-Hələ qışa kimi bacardığımız qədər çox xal yığaq, sonra baxaq görək, nə olacaq. Transferlər olsa, yaxşı olar. Yəqin ki, gerçəkləşər.-Çoxları deyir ki, siz birdən-birə əvəzedici heyətdən cəlb etdiyi futbolçulara şans verməklə həddindən artıq riskə gedirsiniz. Buna münasibətiniz?-Düzdür, cavanlara şans verirəm və məncə, bu, lazımdır. Çünki cavan olanda mənə də şans veriblər. Gəncədə həmişə yaxşı, istedadlı futbolçular olub, bu gün də var. Ancaq onlara da vaxt lazımdır. Bundan başqa, komandaya təcrübəli futbolçular da cəlb olunmalıdır ki, həmin gənclər o təcrübəli futbolçulardan nəsə götürsünlər, öyrənsinlər. Hər halda, bununla bağlı qış transfer pəncərəsində rəhbərliklə də söhbətimiz olacaq.-Sonda bir məsələyə də aydınlıq gətirməyinizi istəyirik. Siz “Kəpəz”ə yeni baş məşqçi təyin olunanda Mehman Allahverdiyevdən buna münasibət öyrənmək istədik. Onda o, belə bir fikir səsləndirmişdi ki, Mahmud nəinki məndən xeyir-dua aldı, heç adi zəng də eləmədi. Sabiq məşqçinlə aranızda hər hansı problem yoxdur ki?-Aramızda heç bir problem olmayıb, mən oynayanda o, mənim məşqçim olub, münasibətimiz də normal olub. Düzdür, siz deyən məsələ barəsində söhbətimiz olmayıb. O ki qaldı xeyir-dua, halallıq, inciklik söhbətlərinə, mən Gəncə futbolunun yetirməsiyəm, kənardan gələn adam deyiləm ki, xeyir-dua alım. Bu mənada Mehman Allahverdiyevin məndən inciməsinə səbəb görmürəm. Bu, futboldu. Birinin yerinə başqası gələ bilər, heç kim tutduğu vəzifədə daimi deyil. Sabah mənim də yerimə başqası gələ bilər. O demək deyil ki, həmin adam mənə zəng eləməlidir, yaxud mən inciməliyəm ki, filankəs mənə zəng eləmədi.

//Qol.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
17:49 06.10.2026
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Fazil Məmmədov nazir müavini təyin edildi
17:31 06.10.2026
Fazil Məmmədov nazir müavini təyin edildi
Maşın məktəbli qardaşları vurdu
17:20 06.10.2026
Maşın məktəbli qardaşları vurdu
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA