"Mən Mətanəti hələ ANS ÇM-də işləyən vaxtlardan tanıyıram" - Əflatun Amaşov

"Mən Mətanəti hələ ANS ÇM-də işləyən vaxtlardan tanıyıram" - Əflatun Amaşov
MEDİA
15:43 22.07.2014
4197
"Mən Mətanəti hələ ANS ÇM-də işləyən vaxtlardan tanıyıram və onu peşəkar jurnalist kimi qəbul edirəm"
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, Mətanət diksiyası təmiz olan və dinləyicini ələ ala bilən aparıcılardandır: Mətanəti uzun illərdi ki, tanıyıram. Onun peşəkarlığına söz ola bilməz. Çox istərdim ki, indiki aparıcılar da Mətanətə bənzəsin".
Əflatun Amaşov qeyd edib ki, bir neçə dəfə ATV-də də Mətanətin qonağı olub: Mən bir neçə də onun sosial yönümlü verilişində qonaq olmuşam və o teleaparıcıya simpatiyam var. Onun mənim haqda dediklərini də indi eşitdim və çox sevindim. Fürsətdən istifadə edib bütün mətbuat işçilərini təbrik edirəm.
Xatırladaq ki, bu gün ATV-də yayımlanan "Gündəlik" verilişində aparıcı Mətanət Mətbuat Şurasının sədri Əflatun Amaşova salam göndərib və onu çox istədiyini deyib. Bu jestə təəcüblənən baş redaktor onların münasibəti haqda maraqlanıb. Mətanət də öz növbəsində Əflatun Amaşovu çoxdan tanıdığını və çox istədiyini deyib. Rəşad Məcid isə qeyd edib ki, Əflatun Amaşovun həyat yoldaşı çox qısqancdır.
OXŞAR XƏBƏRLƏR