Müğənni Nüşabə Musayeva rəqsi ilə gündəmi zəbt edib.
İddialara görə, müğənni ilə rəqs edən şəxs mədəniyyət naziri Əbülfəz Qarayevin həbs edilən müavini Rafiq Bayramovdur.
AZXEBER.COM məsələ ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, müğənniylə rəqs edən şəxs rəqqas Etibar Quliyevdir.
Məsələylə bağlı AZXEBER.COM-a danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib: "Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb.
O deyib ki, nazir müavini kimi təqdim edilməsindən çox narahatdır: "Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb".
Nazim Qasımzadə
Nazim Qasımzadə