"Siz heç vaxt efirə qayıtmayacaqsınız" - Tolikdən sərt sözlər

"Siz heç vaxt efirə qayıtmayacaqsınız" - Tolikdən sərt sözlər
MAQAZİN
16:05 01.05.2026
956
Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevin sosial mediadakı paylaşımı müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, o, ad çəkmədən bəzi aparıcılara sərt sözlərlə müraciət edərək onların fəaliyyətini tənqid edib.
 
Tarix Əliyev paylaşımda hazırkı vəziyyətindən asılı olmayaraq onun qazanc imkanlarının olduğunu, bəzi aparıcıların isə gələcəkdə efirə qayıda bilməyəcəyini deyib:
 
"Bir-iki aparıcıya demək istəyirəm ki, rahat olun. Mənim bu işim olmasa belə, başqa yerdən qazancım var. Amma siz heç vaxt efirə qayıtmayacaqsınız. Ətrafınızdakı bir-iki nəfər var ki, mənimlə bu mövzuda danışmısınız. Mən heç olmasa olduğum yerdə öz ritorikamı qoruyuram, amma sizin it dəftərində adınız yoxdur. Yazıqlar olsun sizə. Bax, belə vəziyyətə düşməyiniz təsadüfi deyil - Allah sizin başınızdan vurub.”
 
O ad çəkmədən bəzi həmkarlarını kompleksli və lazımsız adlandırıb:
 
"Bilirsiniz niyə bu vəziyyətə düşdünüz? Çıxıb özünüzü böyük hesab etdiniz, düşündünüz ki, sizdən üstünü yoxdur. Bu gün isə cəmiyyət içinə çıxa bilmirsiniz, dəvət olunan yerlərə gedə bilmirsiniz, insanların arasına qarışa bilmirsiniz, çünki kompleksiniz var. Çünki yaxşı bilirsiniz ki, siz yalnız efirdə olduğunuz zaman lazım idiniz. İndi isə heç kimə lazım deyilsiniz.”
 
Aysel

OXŞAR XƏBƏRLƏR