'Mən Qarabağam' adlı videoçarx hazırlanacaq

GƏNCLİK
13:42 29.04.2013
1434

“Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Dağlıq Qarabağ konflikti və eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işlərini davam etdirirlər.

AZXEBER.COM-un məlumatına görə, ASAIF-in fəalı Rəhim Davudovun təşəbbüsü ilə “Mən Qarabağam” adlı videoçarx layihəsi növbəti görüləcək işlərdən biri olacaq.Layihənin əsas məqsədi, Azərbaycan gənclərinə vətənpərvərlik hisslərinin aşılanması, Azərbaycan həqiqətlərini daha fərqli üsullarla dünya ictimayyətinə təqdim edilməsi və hər zaman Azərbaycan torpaqlarının işğalı mövzusunun diqqət mərkəzində saxlanılmasıdır.Layihədə təhsil aldığınız universitetdəki tələbə yoldaşlarınız və ya dostlarınız iştirak edə bilər. Videoda hər bir xarici vətəndaş özünü və milliyyətini təqdim etməli və verilən şüarı səsləndirməlidir. “Mən Şuşayam!”, “Mən Qarabağam!”, “Mən Xankəndiyəm!” və s. şəkildə səsləndirilən şüarlardan ibarət video çarxlar işğal edilmiş hər bir Azərbaycan torpağının işğalı ildönümünə ən geci bir həftə qalmış göndərilməlidir.Aşağıda təqdim olunan videoda çəkiliş formatından istifadə edə bilərsiz. https://www.youtube.com/watch?v=ktpnbEFSXzsVideo çarxlar [email protected]/* */ ünvanına göndərilməlidir. Videoçarxlar göndərilən zaman iştirakçılar ad, soyad, ixtisas və əlaqə nömrələrini qeyd etməlidirlər.

OXŞAR XƏBƏRLƏR