xari

“Mənə cadu ediblər” deyib qızını asmaq istədi - FOTOLAR

DÜNYA
15:20 16.04.2021
691

Qızını birmərtəbəli evin damından asan ata saxlanılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.

Hadisədən sonra Mustafa adlı şəxsin qaynatası da olay yerinə gəlib və onun təslim olmasını istəyib. Bundan sonra Mustafa onları su şırnağına tutub.

Hadisəni törədən Mustafa adlı şəxsin bir müddət əvvəl psixoloji problemlər yaşadığı və evdəki əşyaları sındırdığı iddia edilir. Polislər tərəfindən saxlanılan şəxs öz ifadəsində tutarlı olmayan cümlələrdən istifadə edib. O, ona qarşı cadu edildiyini və cadunu pozmaq üçün belə etdiyini deyib.

Hadisəni törədən şəxs məhkəmədən sonra həbs edilib.

 
Aydın 




OXŞAR XƏBƏRLƏR