İran mətbuatı: Hörmüz boğazında MQ-9 tipli PUA vurulub

İran mətbuatı: Hörmüz boğazında MQ-9 tipli PUA vurulub
DÜNYA
13:45 03.08.2026
176
İranın cənubunda, Hörmüz boğazı səmasında aşkar edilən ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.

AZXEBER.COM-un Fars Xəbər Agentliyinə istinadən verdiyi məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi tərəfindən MQ-9 tipli PUA aşkar edilərək vurulub.

İran rəsmiləri isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR