“Biz oğlanı tapdıq və aydın oldu ki...”.
Bakıda 17 yaşlı məktəbli qız evdən qaçıb, geri qayıdanda isə danlanmaması üçün əhvalat uydurub.
Bu barədə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsində bildiriblər.
Suraxanı rayonunda qohumlarının evində yaşan Qaradağ rayon sakini Nailə D. (etik normalara görə ad dəyişdirilib) 26 apreldə evdən qaçıb. Bununla əlaqədar valideynlər qızlarının itdiyini bildirərək ərizə ilə polisə müraciət ediblər.
Dünən əməliyyatçılar keçirdikləri tədbir nəticəsində qızı tapıblar. O isə zorlanmanın qurbanı olduğunu deyir. Onun sözlərinə görə, Səbail rayonunda “555” gecə klubunda tanış olduğu Nizami adında bir oğlan onu tanımadığı bir evə apararaq zorlayıb.
“Biz bu oğlanı tapdıq və məlum oldu ki, heç bir zorlanma hadisəsi olmayıb. Oğlanın sözlərinə görə qız bu hadisəni valideynləri onu danlamasın, əksinə yazıqları gəlsin deyə düşünüb. Görünür o, yalan deyir.
Bununla yanaşı iş üzrə materiallar prokurorluğa göndərilib”, - Suraxanı rayon 31-ci polis bölməsində deyilib.(Oxu.az)