"Mənim doğma Vətənim Azərbaycan: Jurnalistlər arasında videomüsabiqə" layihəsinin təqdimatı oldu - FOTOLAR

GƏNCLİK
22:26 01.11.2021
3459
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə tanınmış jurnalist Hacıbəy Heydərlinin "Mənim doğma Vətənim - Azərbaycan - Jurnalistlər arasında videomüsabiqə" layihəsi çərçivəsində görüş keçirilib. 

"Davam" Gənclər Hərəkatında baş tutan görüşdə layihə rəhbəri Hacıbəy Heydərli çıxış edərək bildirib ki, informasiya müharibəsində video və foto çəkilişlərin önəmi əvəzsizdir: "1-ci Qarabağ müharibəsində Çingiz Mustafayevin çəkdiyi kadrlar erməni vəhşiliyini bütün dünyaya göstərə bildi. Eynilə İkinci Qarabağ müharibəsində də jurnalistlərimiz, fotoqraflarımız gecə-gündüz çalışdılar, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdılar. Vətən müharibəsindən Zəfər çaldıq, ancaq informasiya müharibəsi bu gün də davam edir. Hər bir gəncimiz çalışmalıdır ki, bu işdə dövlətimizə yardımçı olsun, Azərbaycan həqiqətlərini foto və videolarla geniş kütləyə çatdırsın. 

Tədbirdə daha sonra AzərTac dövlət agentliyinin Fotoinformasiya Materiallarının buraxılış redaktoru Aydin Oktayoğlu çıxış edib. O deyib ki, çəkdiyi fotolar dəfələrlə dünyanın nüfuzlu media orqanları tərəfindən yayımlanıb. Fotoqraf bu günə qədər çəkdiyi bəzi fotoları gənclərə nümayiş etdirib. 

Tanınmış fotoqraf Valeh Arifoglu isə çıxışında deyib ki, foto və video materiallarda ən önəmli məqam anı yaxalamaqdır. O çəkdiyi fotoların tarixçəsi haqda gənclərə məlumat verib.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə gənclərin informasiya müharibəsində daha da aktiv olmasının vacibliyindən danışıb. O deyib ki, hər bir Azərbaycan gənci beynəlxalq arenada daha da fəal olmalı və Azərbaycan həqiqətlərini yaymalıdır. Təşkilat sədri bu işdə sosial şəbəkələrin rolunu da xüsusi qiymətləndirib.

Tədbirdə müxtəlif universitetlərdə təhsil alan və jurnalistikaya marağı olan 50-dən çox gənc iştirak edib.

Tədbir gənclərin sualları ilə davam edib.

Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir