16 may 2013-cü il tarixində 28 Mall Ticarət Mərkəzində "Gənclərin Maarifləndirilməsinə Kömək" İctimai Birliyi tərəfindən fotoqrafların Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Mənim dünyam, Mənim Ölkəm" adlı foto sərgi-müsabiqəsi keçirilmişdir.”Azərbaycan Fotoqraflar Birliyinin “dəstəyi ilə keçirilən foto müsabiqə zamanı qırx iki fotoqraf müsabiqədə iştirak üçün şəkil göndərmişdi.Tədbiri giriş sözü ilə açan “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin sədri İlkin Abdiyev Birlik tərəfindən gənclərin maraq dairəsinə daxil olan mövzularda davamlı olaraq tədbir və aksiyaların həyata keçirildiyini vurğulamış, keçirilən bu sərginin də əsas məqsədinin məhz gənclərin potensiallarından düzgün istifadəolduğunu bildirmişdir.Tədbirdə çıxış edən millət vəkili Adil Əliyev gənclərin dövlətçiliyimiz, ölkəmizin gələcəyi olduğunu vurğulayaraq gənclərin daim dövlətin diqqət mərkəzində olduğunu, onların inkişafı, öz bacarıqlarından səmərəli istifadə etmələri üçün hərtərəfli şərait yaradıldığını qeyd etmişdir.Təşkil olunan sərgiyə münasibətini bildirən Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu bu cür tədbirlərin gənclərimizdə fotoqrafçılığa həvəsin artırmasına, asudə vaxtlarının daha maraqlı və səmərəli təşkil edilməsinə səbəb olduğunu qeyd etmişdir.Sərgidə həvəskar və professional gənc fotoqrafların çəkdikləri fotolar nümayiş etdirilmişdir.Sonda nümayiş etdirilən fotolar münsif heyəti tərəfindən qiymətləndirilərək müvafiq yer tutan fotoqraflara diplom və sertifikatlar ilə mükafatlandırılmışdır.Tədbirdə rəsmi qonaqlar, fotoqraflar və xeyli sayda gənclər iştirak etmişlər. Sərgi böyük marağa səbəb olmuşdur.