“Mənim Oğlum Qəhrəmandır!” layihəsi qardaş Türkiyənin efirlərində - VİDEO - FOTOLAR

“Mənim Oğlum Qəhrəmandır!” layihəsi qardaş Türkiyənin efirlərində - VİDEO - FOTOLAR
SOSİAL
20:37 05.01.2026
173
"Mənim Oğlum Qəhrəmandır!” layihəsinin klipi artıq qardaş Türkiyənin televiziya kanallarında yayımlanır, eyni zamanda radio məkanlarında səsləndirilir. Layihənin Türkiyə mediasında təqdim olunması Azərbaycan–Türkiyə qardaşlığının mənəvi bağlarını bir daha nümayiş etdirir.

Belə ki, xüsusilə də Kral TV və Kral FM-də bu nəğmə tez-tez yayımlanır və Kral FM-in dəyərli aparıcısı Afrika Alinin təqdimatında dinləyicilərə çatdırılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə layihənin rəhbəri, tanınmış şair Mircəlal Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Türk dünyasının sevilən sənətçisi Azərin və Azərbaycanın Xalq artisti Azər Zeynalovun ifasında səslənən "Mənim Oğlum Qəhrəmandır!” nəğməsi sadəcə musiqi əsəri deyil. Bu mahnı şəhid analarının göz yaşından doğulan dua, şəhid atalarının sınmayan duruşundan yaranan qürur kimi təqdim olunur.

Layihə müəlliflərinin vurğuladığı kimi, nəğmənin Türkiyə televiziya və radio məkanında səslənməsi xüsusi mənəvi məna daşıyır. Artıq qəhrəman anaların haqq səsi təkcə Azərbaycanda deyil, Türkiyədə də eşidilir, Türkiyə ekranlarında da yer alır. Şəhid analarının səsi millətin vicdan səsi kimi dəyərləndirilir. Mahnının hər misrasında bir ana nəfəsi, bir müqəddəs dua hiss olunur: "Mənim oğlum bu gün deyil, sabah deyil… O əbədi bir zamandır! Azərbaycanın tarixinə tarix yazan qəhrəmandır!”

Mircəlal Qurbanov qeyd edib ki, nəğmənin hər notunda göz yaşını qürura çevirən ata duruşu əks olunur və səslənən misralar türk qəhrəmanlıq ruhunu bir daha xatırladır: "Mənim oğlum Cavanşirdir… O Nəbidir, Koroğludur! Polad kimi vətəninə canın verən Türk oğludur!”

Onun sözlərinə görə, layihənin əsas mesajı ondan ibarətdir ki, Azərbaycan var olduqca qəhrəman şəhidlər də yaşayacaq, onların adları yaşadıqca Türkün qüruru və Vətənin bayrağı daim uca olacaq.

"‘Mənim Oğlum Qəhrəmandır!’ bu gün artıq təkcə bir mahnı deyil, Türk dünyasını birləşdirən mənəvi çağırış, şəhidlərin xatirəsinə ucaldılmış səsli abidədir”, – deyə Mircəlal Qurbanov fikirlərini yekunlaşdırıb.

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir