“Mənim prezidentim” kampaniyası genişlənir - FOTO+VİDEO

“Mənim prezidentim” kampaniyası genişlənir - FOTO+VİDEO
Bütün Xəbərlər
13:40 04.09.2013
1186

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın “Jumeirah Bilgah Beach Hotel”də (“Equinox Beach Club”) keçirilən konsertində biləklərə bağlanmış qırmızı lentlər hamının diqqətini çəkib.

AZXEBER.COM xəbər verir ki, qonaqların böyük marağına səbəb olan bu lentlərin nə məna daşıdığına əməkdar artist özü səhnədən aydınlıq gətirib.Məlum olub ki, qırmızı lentlər Gənclərin Təşəbbüs Qrupunun irəli sürdüyü “Mənim Prezidentim” ümumrespublika kampaniyasının rəmzidir. Tünzalə Ağayeva “Mənim Prezidentim” kampaniyasına dəstək olduğunu açıqlayıb və bütün gəncləri bu kampaniyaya qoşulmağa çağırıb.Elə konsert zamanı bir çox tamaşaçı biləklərinə qırmızı lentlər bağlayaraq bu kampaniyaya qoşulduqlarını rəqs edərək bayram ediblər.“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun üzvü Seymur Hüseynovun sözlərinə görə, istənilən gənc bu kampaniyada iştirak edə bilər. Bunun üçün sadəcə fb.com/mypresident.az səhifəsini bəyənmək və www.mp2013.az səhifəsi vasitəsi ilə əlaqə vasitələrini bölüşmək lazımdır.Qeyd edək ki, “Mənim Prezidentim” ümumrespublika kampaniyası qısa müddətdə böyük populyarlıq qazanıb.Konsert zamanı yaşananlarla aşağıdakı videodan tanış ola bilərsiniz

OXŞAR XƏBƏRLƏR