"Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq" - Xalq artisti

"Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq" - Xalq artisti
MAQAZİN
16:36 29.04.2026
380
 
 
"İnşallah ki, mənim qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq. Çünki o, çox doğru seçim edib.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib.

Bir neçə gün öncə qızını gəlin köçürən aktrisa övladının Türkiyədə yaşayacağını bildirib:

"Mən çox xoşbəxtəm ki, qızımı arzuladığım kimi gəlin köçürmüşəm. İndi tək qalıram, onun yoxluğu ilə hələ barışa bilmirəm. Qızım çox yaxşı seçim edib. Yoldaşının onu xoşbəxt edəcəyinə inanıram. Onlar birlikdə Türkiyədə yaşayacaqlar. Allah bütün xanımları xoşbəxt etsin, içində də mənim qızım.”

"Qızlar analarının taleyini yaşayır. Bu deyim sizi qorxutmur ki?” sualına isə aktrisa belə cavab verib:

"Mən belə deyimlərə inanmıram. İnanıram ki, qızım çox xoşbəxt olacaq. Əslində bu şeylərin heç birini Allah etmir, insanlar özləri edirlər. Mənim taleyimdə görmədiyim şeyləri, yaşamadığım xoşbəxtliyi inanıram ki, Allah mənim qızıma verəcək. Gözəl ailəsi, övladları olacaq".
 
Aysel Hacızadə
 

 
OXŞAR XƏBƏRLƏR