Azərbaycan Silahlı Qüvvələrində mənzil almaq hüququ əldə edəcək hərbi qulluqçuların siyahısının tutulmasına başlanılıb.
Məlumatda bildirilir ki, söhbət prezident İlham Əliyevin 2011ci il,dekabrın 28-də imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərmanın gerçəkləşdirilməsinə hazırlıqdan gedir. Məlumatda qeyd olunur ki, 2012-ci il ərzində Silahlı Qüvvələrdə xidmətinin 20 ili tamam olacaq hərbi qulluqçuların siyahısının tutulması barədə Müdafiə Nazirliyindən göstəriş gəlib. Qeyd edək ki, prezidentin fərmanında qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılıb.