“Azad Azərbaycan” Televiziyasının (ATV) “Xəbərlər” Departamentinin sabiq rəhbəri Məqsəd Nur Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” informasiya studiyasının baş direktoru təyin olunub.
Bu barədə Publika.az-a məlumat verən AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bu gündən vəzifəsinin icrasına başlayıb.