''Məqsəd üçtərəfli, regional formatda əməkdaşlıq məsələlərini müzakirə etməkdir''
Bütün Xəbərlər
08:51 20.11.2012
1078
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi noyabrın sonlarında Türkiyədə görüşəcəklər. Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev regional əməkdaşlığın inkişafı baxımından bu görüşün çox əhəmiyyətli olduğunu bildirib. “Məqsəd üçtərəfli, regional formatda əməkdaşlıq məsələlərini müzakirə etməkdir. Regionda böyük problem yaradan Azərbaycan-Ermənistan münasibətləri də görüş zamanı müzakirə olunacaq”.