Mer olimpiadaya icazə vermədi - “Artıq xərcdir”

Mer olimpiadaya icazə vermədi - “Artıq xərcdir”
Redaktorun Seçdikləri
12:55 22.09.2016
1660

İtaliya paytaxtı Roma 2024-ci ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.


Roma meri bəyan edib ki, İtaliya paytaxtının bu qədər maliyyə çətinlikləri içində olimpiadaya ev sahibliyi etməsi məsuliyyəstizlik olardı.

Olimpiya komitəsi son ana qədər Beş Ulduz hərəkatından ötən iyunda mer seçilmiş Virginia Ragginin öz fikrindən dönəcəyinə ümid bəsləyirdi. Roma olimpiadaya son dəfə 1960-cı ildə ev sahibliyi etmişdi. Şəhər maliyyə çətinliklərinə görə 2020-ci ilin Oyunlarına ev sahibliyi müraciətini geri götürmüşdü. Bundan əvvəl Boston və Hamburq 2024-ci ilin Olimpiadasına ev sahibliyindən imtina edib. Almaniya 1972-ci ildən bəri olimpiya oyunlarına ev sahibliyi etməyib. Hamburq şəhərinin ev sahibliyindən geri çəkilməsi qərarı isə referendumla qəbul olunub.


Lakin Paris, Los Anceles və Budapeşt ev sahibliyinə hələ də iddialıdırlar. Bu şəhərlər öz namizədliklərini oktyabrın 7-dək təsdiq etməlidir.

İtaliya Olimpiya Komitəsinin prezidenti Giovanni Malago xanım Ragginin heç olmasa referendum keçirməyə razılıq verəcəyinə ümid edirdi. Roma 2024 komitəsi "təəccüb və pərtlik” bildirən bəyanatla çıxış edib. Komitə bildirib ki, Oyunlar Roma iqtisadiyyatına 1,7 milyard dollar töhfə verə bilərdi.
Lakin xanım Raggi belə yanaşmanı qəbul etməyib. "Biz bununla əslində Roma və İtaliya sakinlərini borc altına girməyə məcbur edirik. Biz bu təşəbbüsü dəstəkləmirik” – deyib mer. Virginia Raggi bildirib ki, Roma hələ də 1960-cı il Olimpiadasının borclarını verib qurtarmayıb.

Romanın olimpiya rəsmiləri 2024-cü il Oyunları üçün 5,3 milyard avroluq büdcə tutmuşdular. Onlar deyirdilər ki, yarışlar üçün meydançaların 70 faizi artıq mövcud olan komplekslərdədir. 1984-cü ildə Los Anceles Olimpiada üçün mövcud obyektlərdən istifadə etmiş və qazanc götürmüşdü. Bu şəhərin 2024-cü il Olimpiadası üçün tutduğu büdcə 4,52 milyard dollardır və gözlənilən gəlir 150 milyon dollardan artıq olmalıdır. Lakin olimpiadaları keçirən əksər şəhərlər borca və ziyana düşüb.


2004-cü ildə Afinada keçirilmiş Olimpiada 9 milyard avroya başa gəlmişdi. Yunanıstan hazırda nəhəng borcun girdabındadır. 2016-cı ilin Rio Oyunlarına 12 milyard dolların xərcləndiyi təxmin edilir. 2012-ci ilin London Olimpiadası büdcədən üç dəfə bahaya – 8,77 milyard funt sterlinqə başa gəlmişdi. Buna baxmayaraq London Olimpiadası 10 milyard funt sterlinqə yaxın ticarət və investisiyaları cəlb etmişdi.

 

 
azadlıq radiosu
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: Qəzzanı ilhaq etməyi planlaşdırmırıq
20:23 07.08.2025
Netanyahu: Qəzzanı ilhaq etməyi planlaşdırmırıq
Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkarlandı
20:09 07.08.2025
Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkarlandı
ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək
20:01 07.08.2025
ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək
İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb
19:49 07.08.2025
İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb
"Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq"
19:26 07.08.2025
"Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq"
Qanada üç günlük matəm elan edilib
19:16 07.08.2025
Qanada üç günlük matəm elan edilib
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
17:36 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları