Salyan şəhəri ərazisində “Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və 3 sərnişini xəsarət alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.