Mərdəkanda 'Çudo Peçka' açılır

Mərdəkanda
Bütün Xəbərlər
10:09 10.05.2012
2086
Bu gün Mərdəkanda “Çudo Peçka” açılır. Ölkənin ən iri şirniyyat və fast-food şəbəkəsinin növbəti mağaza-kafesi qəsəbə sakinlərinin daha çox “stansiya” deyə tanıdığı yerdə fəaliyyət göstərəcək.
Şəhərin ən bəyənilən tortları Mərdəkan sakinlərinə daha yaxın olur. “Çudo Peçka”nın yeni tortları hər gün əvvəlcə mağaza vitrinlərini bəzəyəcək, daha sonra qəsəbədəki evlərin ən arzu olunan “qonaqları” olacaq.Onlarla şəxs isə səhərini bu mağaza-kafedə açacaq. Çay, qəhvə və ya kakaonun yanında zövqə görə şirin və ya duzlu məhsullar yeyərək günə başlanılacaq. “Çudo Peçka” nahar və yüngülvari şam yeməyi üçün də qəsəbədəki ən uyğun məkanlardan biridir.Yeni mağaza kafenin mərdəkanlıların sevimli məkanlarından biri olacağı düşünülür. Axı, münasib qiymətə yüksək keyfiyyət düz onların qəsəbələrinə gəlib. “Çudo Peçka” həmçinin, yay aylarında dəniz kənarında istirahət edən digər şəxslərin də tez-tez baş çəkəcəyi yerlərdən olacaq. İstirahət edənlərin yemək hazırlamaq kimi əsas problemlərinə ən dadlı çıxış yolunu təklif edəcək.Yuxarıda qeyd olunan bütün xoş hadisələr bugünkü açılışdan sonra baş verəcək. Hələlik isə “Çudo Peçka” qəsəbə sakinlərini, burada istirahət edənləri və arzu edən hər kəsi açılışa dəvət edir.
OXŞAR XƏBƏRLƏR