Meriya İslam Partiyasının müraciətinə cavab verdi

Bütün Xəbərlər
12:35 05.04.2011
1311
AİP-in mətbuat katibi Hacı Akif Heydərli APA-ya bildirib ki, bu gün verilən cavab məktubunda paytaxt meriyası partiyanın “Azadlıq” meydanında mitinq keçirmək istəyini məqsədəuyğun hesab etməyib. Məktubda bildirilib ki, “Azadlıq” meydanı dövlət tədbirləri üçün nəzərdə tutulduğundan kütləvi etiraz aksiyalarının burada keçirilməsi mümkün deyil. Cavab məktubunda mitinq üçün alternativ yer isə göstərilməyib. 

Partiya funksioneri onu da qeyd edib ki, mitinqlə bağlı təkrar müraciət edəcəklər.

OXŞAR XƏBƏRLƏR