Mərkəzi Bank Türkiyə Kapital Bazarları Şurası ilə əməkdaşlıq edəcək

Mərkəzi Bank Türkiyə Kapital Bazarları Şurası ilə əməkdaşlıq edəcək
İQTİSADİYYAT
19:59 23.04.2021
507
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən, səmərəli fəaliyyət göstərən, şəffaf və müasir kapital bazarının formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir və bu tədbirlərin effektivliyini və beynəlxalq təcrübəyə uyğunluğunu təmin etmək üçün beynəlxalq əməkdaşlığa önəm verir.

AMB-dən AZXEBER.COM-a bildirilib ki, Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi hər iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkili, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.

Memoranduma əsasən, hər iki qurum arasında kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, kapital bazarları məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq. Sənəd iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, maliyyə sektorunda da əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, həm kapital bazarlarının, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq