Mərkəzi Bankın sədri “Bank of Azərbaycan”ın fəaliyyətində problem olduğunu təsdiqlədi

Mərkəzi Bankın sədri “Bank of Azərbaycan”ın fəaliyyətində problem olduğunu təsdiqlədi
Bütün Xəbərlər
12:20 10.05.2014
1222
“Bank of Azərbaycan”ın likvidlik problemi var”.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Elman Rüstəmov bildirib ki, hazırda bankın sahibləri və səhmdarları ilə MB arasında danışıqlar aparılır: “Bu problemin aradan qaldırılması istiqamətində işlər görülür”.
E. Rüstəmov, haqqında məhkəmə qərarı olan “Kövsər bank”la bağlı suallara cavabında deyib ki, Mərkəzi Bank “Kövsər Bank”ın kreditləşmə proqramına baxacaq və bu proqrama məqbul sayılacaqsa, bank fəaliyyətini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR