Mərkəzi Bazarda qan tökən azərbaycanlılar belə saxlanıldı - Video

Mərkəzi Bazarda qan tökən azərbaycanlılar belə saxlanıldı - Video
DÜNYA
14:47 06.11.2019
6843
Moldovanın paytaxtı Kişinyovda Mərkəzi Bazarda Azərbaycan vətəndaşlarının yer üstündə davası bıçaqla yaralanma ilə nəticələnib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, insident 2 noyabrda qeydə alınıb. 

Məlumata görə, davada iştirak edənlərdən ikisi Azərbaycan vətəndaşı olub. Digərinin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. Bildirilir ki, dava zamanı azərbaycanlılardan biri qarşı tərəfi mətbəx bıçağı ilə yaralayıb.

Hüquq-mühafizə orqanlarının faktla bağlı apardığı istintaq çərçivəsində hər 2 azərbaycanlının Yalovensk rayonunun Ruseştiy Noy yaşayış məntəqəsində gizləndiyi məlum olub. Polislər ötən gün həmin ünvanda əməliyyat keçirərək onları 72 saat müddətinə saxlayıb. İndi şübhəli şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
 

OXŞAR XƏBƏRLƏR