Mərkəzi Gömrük Hospitalı daha bir ilkə imza atdı

Mərkəzi Gömrük Hospitalı daha bir ilkə imza atdı
Bütün Xəbərlər
15:33 24.01.2014
786

Bu günlərdə Mərkəzi Gömrük Hospitalı daha bir ilkə imza atıb. Belə ki, hospitalın invaziv kardiologiya şöbəsində FFR və OCT adlı iki müxtəlif müdaxilə və müayinə üsulunun tətbiqinə başlanılıb. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Hospitalın İnvaziv kardiologiya şöbəsinin müdiri Ülvi Mirzəyev yenicə tətbiqinə başlanılan bu üsulun digər diaqnostik vasitələrdən üstünlüyü ilə bağlı bildirib ki, FFR fraksional axım rezervinin ölçülməsi üçün bir üsuldur. Bu, damar xəstəliklərində, yayğın xəstəliklərdə və orta dərəcəli xəstəliklərdə ürək damarlarındakı darlığın əhəmiyyətini daha yaxşı anlamaq üçün lazımdır: "Çünki bəzən ürək damarlarındakı darlığın əhəmiyyət dərəcəsini tam dəqiq bilmək olmur. Bu üsul isə darlığın nə dərəcədə əhəmiyyətli olub-olmadığını anlamağa kömək edir və əgər çox ciddidirsə, o zaman həmin damara müdaxilə edilir, yəni istər stent qoyulması, istərsə də açıq ürək əməliyyatının aparılması zəruriləşir. Əgər darlığın əhəmiyyəti çox ciddi deyilsə, o zaman xəstəni dərman müalicəsi ilə də təqib etmək olur".

Ü.Mirzəyev qeyd edib ki, digər üsul - optik kogeren tomoqrafiya deyilən üsul isə damara müdaxilə sırasında darlığı optimal dərəcəyə çatdırmaq üçün stent implantasiyasına şərait yaradır: "Bu üsul stentin damar içində açılıb-açılmadığını, damar içində hər hansı başqa bir problemin, eləcə də tromb və ya damar yırtılmasının olub-olmadığını bilmək üçün lazımdır. Əgər belə bir problem varsa, onda müvafiq tədbirlər görülür və müdaxilə edilir. Beləliklə də xəstələrin müdaxiləvi ürək müalicəsində irəliyə doğru daha bir addım atmış oluruq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"