Mərkəzi küçələrdən biri bağlanır

Mərkəzi küçələrdən biri bağlanır
Bütün Xəbərlər
15:10 06.06.2014
565
Bu gün Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, bu gecə saat 00:00-dan etibarən paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi kəsişməsindən Cəlil 
Məmmədquluzadə küçəsinədək yol bağlanacaq. Buna səbəb yolda yeni asfalt-beton örtüyünün salınmasıdır.
P. Mürsəliyev sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət bilib.
OXŞAR XƏBƏRLƏR