Mərmərə dənizində zəlzələ olub.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Yalova vilayəti sahillərində, Bakı vaxtı ilə saat 23:08-də qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3,5 olub. Zəlzələ İstanbulda da hiss olunub.
///report///











































