"Məryəm"i oynamağa azərbaycanlı qız tapılmadı

"Məryəm"i oynamağa azərbaycanlı qız tapılmadı
Bütün Xəbərlər
00:02 29.10.2011
1132

Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında çəkilməsi nəzərdə tutulan eyni adlı filmdə Məryəm rolu üçün Azərbaycanda həyata keçirilən kastinqlərdən müsbət nəticə əldə olunmayıb.

APA-nın məlumatına görə, Məryəm rolunda məhz azərbaycanlı qızın çəkilməsi ideyası filmin yaradıcı heyəti və Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova tərəfindən irəli sürülüb. 

Məryəm rolunun axtarışı üçün bir neçə müddət yerli televiziya kanallarında və internet saytlarında kastinqlərin keçiriləcəyi barədə məlumatlar yayımlanıb. Ötən həftələrdə Məlahət Abbasova məhz bu kastinqlərdə iştirak etmək üçün Azərbaycana gəlib. Lakin azərbaycanlı qızlar arasından Məryəm rolunun tələblərinə cavab verən tapılmadığından filmin rejissoru bu rolun ifaçısının da Türkiyədən seçilməsinə qərar verib. Məryəm rolu üçün 16-21 yaş arasında, yaşıl gözlü qız axtarılırdı. Deyilənə görə, artıq filmin Britaniyadan olan rejissoru Türkiyədən bu rol üçün öz seçimini edib.
OXŞAR XƏBƏRLƏR