Məsciddən pul oğurlamağa cəhd göstərmiş üç nəfər saxlanıldı

Məsciddən pul oğurlamağa cəhd göstərmiş üç nəfər saxlanıldı
Bütün Xəbərlər
00:21 04.01.2013
862

Qobustan qəsəbəsindəki məscidin nəzir qutusundan pul oğurlamağa cəhd göstərmiş üç nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanlar Ələt qəsəbəsinin sakinləridir.

Onlar Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Saxlanılanlar Ələt qəsəbə sakinləri Tural Piriyev, Səbuhi İsmayılov və Cəmaləddin Mirzəyevdir. Onlar Qobustan qəsəbəsindəki məscidin nəzir qutusundan 67 manatı oğurlamağa cəhd göstəriblər.//APA

OXŞAR XƏBƏRLƏR