Məscidi yandırdılar - FOTO

DÜNYA
10:36 26.12.2014
1187
Avropada müsəlmanlara qarşı zorakılıq davam edir.AZXEBER.COM-un Reuters-ə istinadən verdiyi məlumata görə, İsveçin Eskilstun şəhərində məscid yandırılıb. Polisin məlumatına görə, yanğın baş verən an binada 15-20 nəfər adam olub. İnsident zamanı onlardan beşi zərər çəkib. Zərərçəkmişlər xəstəxanaya aparılıb.“Hadisə şahidi bir şəxsin məscidin pəncərəsinə nəsə atdığını və bundan sonra güclü yanğının başladığını görüb”- deyə polis əməkdaşı bildirib.Yanğını törətməkdə şübhəli bilinən şəxs hələ tapılmayıb.Agentlik qeyd edir ki, insident ”İsveç demokratları” sağ partiyasının miqrantlara qaşı olan aktiv çıxışlarının fonunda baş verib. Siyasi təşkilatın nümayəndələri ölkədə sığınacağın verilmə kvotasının 90 faizə kimi azaldılmasını tələb edirlər.
OXŞAR XƏBƏRLƏR