“Məşədi Əzizbəyov” metrostansiyası bağlanacaq

“Məşədi Əzizbəyov” metrostansiyası bağlanacaq
Bütün Xəbərlər
12:51 07.09.2011
4216
40 ildən sonra Bakı Metropolitenin “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma işləri aparılır. ANS TV-nin məlumatına görə, əsaslı təmir işləri çərçivəsində stansiyanın hazırkı çıxışı ləğv edilərək, yenisi tikilir. Bu, Bakı metrosunda II şüşə konstruksiyalı stansiya olacaq. Artıq yeni giriş-çıxışın metal konstruksiyalı dayaqları quraşdırılır. Yenidənqurma işləri metronun keçidlərində, platformasında da aparılır. Divarlara yeni üzlüklər çəkiləcək, işıqlandırma, keçid-nəzarət məntəqələri, kabel xətləri də dəyişdiriləcək. Bir sözlə stansiya yeni görünüşdə istifadəyə veriləcək.Bu ilin sonunda “Məşədi Əzizbəyov” stansiyası müvəqqəti bağlanacaq Dekabr ayının ortalarında “Məşədi Əzizbəyov” stansiyanın çıxışlarının 1 həftə, 10 gün müddətinə bağlanması zərurəti də yaranacaq. Metropolitenin şöbə rəisi Samit Abbasovun məlumatına görə, stansiyanın giriş-çıxışı bağlı qalan vaxt qatarlar tranzit olaraq, yəni stansiyada dayanmadan hərəkət edəcək. Bu yerdə qeyd etmək yerinə düşərdi ki, “Məşədi əzizbəyov” stansiyası Bakı kənd və qəsəbələrindən gələn əhalinin daha çox istifadə etdiyi stansiyadır. Bağlı qalacağı təqdirdə, gərginlik digər stansiyaların, o cümlədən “Qara Qarayev” stansiyasının üzərinə düşəcək.“Məşədi Əzizbəyov” stansiyasının yeni girişinin açılışı dekabrda olacaq “Məşədi Əzizbəyov” stansiyasının yeni çıxışları da olacaq. Onlardan biri yeni tikiləcək stadionun yaxınlığında, digəri isə dəmiryolu ətrafında olacaq.
OXŞAR XƏBƏRLƏR