Məşhur aktrisa prezidentin ad gününə getdiyinə görə peşmandır

Məşhur aktrisa prezidentin ad gününə getdiyinə görə peşmandır
ŞOU-BİZNES
21:36 14.10.2011
2453
Hollivudun məşhur aktirsası Hilari Svank Çeçenistan prezidenti  Ramzan Kadırovun ad günü ilə bağlı konsertdə iştirak etdiyi üçün çox peşman olduğunu deyib.
Oskar mükafatlı aktrisa Kadirovun bölgədə adam qaçırması, mühakiməsiz edam etdirməsi və digər cinayətlərdə hökm verməsindən xəbəri olmadığını bildirib. 
Xatırladaq ki, Çeçenistan Respublikasının prezidenti  Ramzan Kadirovun 35 yaşı tamam olması münasibətilə paytaxt Qroznıda konsert təşkil edilib. Konsertə Hilari Svank, Jan-Klod Van Dam və Vanessa Mae kimi məşhur simalar iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR