Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi

Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
MAQAZİN
14:17 30.06.2026
446
35 yaşında vəfat edən "The Ring” filmində "Samara" rolunu canlandıran aktrisa  Deyvi Çeyzin  ölüm səbəbi bəlli olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles İl Tibbi Ekspertiza İdarəsinin açıqlamasında onun ölüm səbəbi QİÇS (AIDS) olaraq göstərilib.
 
Hesabatda həmçinin xroniki çoxsaylı maddə istifadəsi (polysubstance use) ölümə təsir edən əlavə amil kimi qeyd olunub.

İlkin mərhələdə aktrisanın yaxın çevrəsi onun meningit və ağır qan infeksiyası (sepsis) səbəbilə öldüyünü bildirmişdi. Lakin son tibbi ekspertiza nəticələri bu iddianı dəyişdirərək rəsmi səbəbi AIDS kimi təsdiqləyib.

Xatırladaq ki,Deyvi Çeyz "The Ring” filmində Samara rolu və "Lilo & Stitch” animasiyasında Lilo obrazının səsi ilə dünya şöhrəti qazanmışdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR