Məşhur aktyorun evinə oğru girdi

Məşhur aktyorun evinə oğru girdi
Bütün Xəbərlər
13:25 04.01.2012
2245
Məşhur fransız aktyor Jan Pol Belmondonun Parisdəki evinə Yeni İl gecəsi oğru girib.
"Le Parisien" qəzetinin xəbərinə görə, aktyorun evindən zinət əşyaları oğurlanıb. Oğurlanan əşyaların dəyəri ilə bağlı məlumat verilməyib.
Oğruların Belmondonun keçmiş həyat yoldaşı Nattinin eyni binadakı mənzilinə də girməyə çalışdığı, ancaq mənzilin siqnalının çaldığı bildirilib.
OXŞAR XƏBƏRLƏR