Məşhur aktyorun həyat yoldaşı: “Cinsi orqanlarınızı görmək məcburiyyətində deyiləm”

MAQAZİN
21:37 12.11.2019
4650

"Yahşi Cazibe” və "Ufak tefek Cinayetler” serialından tanınan aktrisa Aslıhan Gürbüz sosial şəbəkədə ona biədəb mesajlar göndərən kişiləri ifşa edib.

Son aylarda ekranlardan uzaq düşən kino ulduzu İnstaqramda izləyicilərindən təcavüz mesajları aldığını açıqlayıb:

"Bu pozğunun paylaşa bilmədiyim bir çox təcavüz mesajları var. Valideynlər, övladlarınızı yaxşı yetişdirin. Sonra diqqət çəkmək üçün bir qadına təcavüz edirlər”.

Gürbüz, "Səni çox bəyənirəm. Diqqətini cəlb etmək üçün ayıb şeylər yazdım” deyən izləyicisini məhkəməyə verməyə hazırlaşır.

Xatırladaq ki, bu yaxınlarda aktyor Uraz Kayğılaroğlunun keçmiş həyat yoldaşı Melis İşiten də sosial şəbəkədə təcavüz qalmaqalına məruz qalmışdı.

"Xəbəriniz olsun ki, cinsəl təcavüz mesajların hər biri məhkəməyə gedir. Tənqidi, linçi, həqarəti normal qəbul edə bilərəm, amma sizin cinsiyyət orqanlarınızı görmək məcburiyyətində deyiləm” deyə o, İnstaqramda yazmışdı.
///Publika.az

OXŞAR XƏBƏRLƏR