Məşhur aktyorun qızına yazdığı gizli məktub ortaya çıxdı

Məşhur aktyorun qızına yazdığı gizli məktub ortaya çıxdı
MAQAZİN
15:56 01.07.2022
699
Cüneyt Arkının qızına yazdığı məktub ortaya çıxıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 2 gün öncə dünyasını dəyişən Cüneyt Arkının ilk dəfə ailə qurduğu Güler Mocandan Filiz Canlı adlı qızı olduğu öyrənilib. İllərdir qızını görməyən Arkının yazdığı duyğulu məktub ortaya çıxıb.

Cüneyt Arkının qızını 50 ildən artıqdır görmədiyi olub. Beyaz TV-də yayımlanan "Beyaz maqazin" proqramında yazılan məktuba görə, Arkın həsrət çəkən qızına bu sözlərlə müraciət edib: 

"Canım qızım Filiz. Bunu sənə yazmağımın bir səbəbi var. Bu gün 10 mart 1968-ci il, ilk Qurban bayramı. Bu gün yenə anan səni mənə göstərmədi. Telefonları açmır, məktublarımı oxumur. Səndən ayrılandan iki ay keçdi. Sənin üçün 1 ildir görməmiş kimi darıxıram. İndi şirin sifətin yavaş-yavaş yaddaşımdan silinir. Sinəmə dəyən o balaca əlinin istiliyi gedir. Günlərdir cəhənnəmin dibindəymişəm kimi ağrılar hiss edirəm. Adını min dəfə pıçıldadım. Min dəfə Allaha dua etdim ki, səni mənə göstərsin. Qorxu içində yanına gəldim. Mənim üçün qapını açmayacaqlarını bilə-bilə. Evə ər və arvad dostlarımdan ikisini göndərdim. Küncdə gözlədim. Qadın hamilə idi, üzü çil-çil idi və uşaq gözlədiyinə sevinirdi. Amma onlar da mənim kimi qorxdular. Xalalarınız onları qovdu. Anan səni pencərədən belə olsun görməyimə icazə vermədi.  Sən xalanın qucağında idin. Şirin gülümsəyirdin. Yaramazlıq edib sonra isə utanırdın. Nə güc ayırar atanı övladından? Hansı ürək buna razı olar? Sanki bütün hisslərim ölmüşdü, dünyanın bütün güllələri ürəyimə dəyirdi. Ananın sərtliyini necə izah edim, bilmirəm. Balam, bu bizim taleyimizdir. Amma anan əl uzatsaydı, xilas olardım. Ananın mənim haqqımda bildiyi, qısqandığı hər şey, şöhrətim, pulum məni dünyada tək qoydu. Çünki günahlarımda və zəifliklərimdə səmimi idim. Görürsən, qızım, işimi qazanmağım ananı itirməyə səbəb oldu. Mən tək idim, amma ananı dəlicəsinə sevirdim. 

Anan xaricdə işləmək istəyirdi. Getmək istəmirdi, amma getməliyəm deyə təkid etdi. O, nə etmək istədiyini dəqiq bilmirdi. Amma o günlər o qədər yorğun idim ki, hətta ölümümə də razılıq verə bilərdim. İki gün sonra yoxluğunun ağrısını hiss etdim, amma çox gec idi. Yalvarmalı idim, amma etmədim. Bunları sən də biləcəksən, ananı heç zaman bağışlamayacaqsan. Anan mənimlə döyüşməyi və məni alçaltmağı özünə borc bildi".
 
Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
16:55 23.10.2026
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16:52 23.10.2026
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
16:41 23.10.2026
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?