Məşhur futbolçu İstanbulun fotosunu paylaşdı: Evimə gəlirəm - FOTO

İDMAN
14:22 17.05.2023
272
Çempionlar Liqasında finala yüksələn "İnter"də çıxış edən türkiyəli futbolçu Hakan Çalhanoğlu İstanbulda oynanılacaq final oyunu öncəsi sosial media hesabında paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, Çempionlar Liqasında dünən keçirilən yarımfinalda "İnter" əzəli rəqibi "Milan"ı mübarizədən kənarlaşdıraraq finala yüksəlməyi bacarıb.

"İnter"də çıxış edən futbolçu Hakan Çalhanoğlu matçdan sonra final üçün çox həyəcanlı olduğunu bildirib və bunları deyib:

"İki ay əvvəl mən bunu yuxu adlandırırdım. İndi öz evimdə (Türkiyədə) final oynayacağıq, orada olmaq arzumdur. Texniki heyəti, komanda yoldaşlarımı, azarkeşləri, eyni zamanda Milanı təbrik edirəm. Çox xoşbəxtəm. Sabah rəqibimizin kim olacağını görəcəyik".

Qeyd edək ki, 29 yaşlı futbolçu "İnter" forması ilə əlində Türkiyə bayrağı, arxa planda isə Qalata qülləsi olan şəklini İnstaqram hesabında paylaşaraq "Evimə gəlirəm" yazıb.
 
Həmin paylaşımı təqdim edirik:
 
Mikayıl
 
OXŞAR XƏBƏRLƏR