Bir müddət əvvəl kütləvi informasiya vasitələrində Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən tanınmış həkim Mircəlal Kazıminin evində oğurluq baş verməsi haqda xəbərlər yayılıb.
AZXEBER.COM xəbər verir ki, modern.az həkimdən maraqlı cavab alıb. O, yazılan informasiyanın doğru olmadığını bildirib:
“Mənim evimdə oğurluq baş verməyib. Tamamilə yalnış informasiyadır”.
“Daxili İşlər Nazirliyinin rəsmi saytında yayımlanan informasiya yalandırmı” sualına cavab olaraq şöbə müdiri “bəzən olur” deyə qısaca cavab verib.
DİN-in yaydığı məlumatda bildirilirdi ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi, Lənkəran şəhər Polis Şöbəsi və Astara rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlayan Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib.
Araşdırmalar zamanı evdən oğurlanan qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satıldığı müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.
KİV nümayəndələri mənizli qarət olunan şəxsi Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi olduğu qənaətində olub.