Məşhur mediumdan qorxunc xəbərdarlıq: “Bu Dünya Kuboku oyununa getməyin”

Məşhur mediumdan qorxunc xəbərdarlıq: “Bu Dünya Kuboku oyununa getməyin”
DÜNYA
11:21 17.06.2026
288
Braziliyalı tanınmış medium Vo Bahiana 2026-cı il Dünya Kuboku ilə bağlı irəli sürdüyü qeyri-adi iddia ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, sosial media hesabında təcili xəbərdarlıq paylaşan Bahiana bildirib ki, 24 iyun 2026-cı il tarixində keçiriləcək Dünya Kuboku oyunlarından biri zamanı stadion yadplanetlilər tərəfindən işğal olunacaq və futbolçular qaçırılacaq.

Medium paylaşımında həmin tarixə xüsusi diqqət çəkərək, "Bu tarixi qeyd edin. Dəhşətli bir kabus gördüm” ifadələrini işlədib. Onun sözlərinə görə, yuxusunda futbol meydançasına içərisində 100-dən çox yadplanetlinin olduğu nəhəng kosmik gəmi enib.

Bahiana iddia edib ki, yadplanetlilər futbolçuları və tribunadakı yüzlərlə tamaşaçını  və futbolşu Neymarı gəmiyə aparırdı. O, yuxusunda özünə "İnsanlığı xilas etməlisən” mesajının verildiyini də bildirib.

Məşhur medium daha sonra izləyicilərinə müraciət edərək, "O oyuna getməyin” sözləri ilə xəbərdarlıq edib.

Qeyd edək ki, Vo Bahiananın iddiaları ilə bağlı hər hansı elmi sübut və ya rəsmi təsdiq mövcud deyil. Onun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR