Məşhur maliyyəçi, milyarder Corc Soros 82 yaşında üçüncü dəfə subaylığın daşını atıb.
AZXEBER.COM-un dni.ru-ya istinadən verdiyi xəbərə görə, Sorosun xanımı yaşca özündən iki dəfə kiçik olan yaşlı Tamiko Boltondur. 40 yaşlı Tamiko Boltonla nikah Sorosun üçüncü nikahıdır.
Mərasim Nyu-York ştatının Sautgempton şəhərində çox kiçik bir çevrədə baş tutub. Milyarder Boltona “Graff” brilyant satışı şirkətindən bahalı üzük hədiyyə edib.