00:33 Bazar Günü, 15 Dekabr 2019
Maqazin

Məşhur müğənnisinin bacısı oğlu həmcinsi ilə evləndi - FOTO

19:49, 14.11.201914945
Məşhur müğənnisinin bacısı oğlu həmcinsi ilə evləndi - FOTO

Türkiyəli müğənni Sevda Demirelin Los-Ancelesdə yaşayan bacısı oğlu həmcinsi ilə evlənib.

Brendon Demirel üç ildir eşq yaşadığı Denni Karrasko ilə ailə həyatı qurub.

Cütlüyün nişanı 2016-ci ilin iyulun 21-də, toyları isə ötən ilin yay aylarında baş tutub.

 

Onların münasibətinə Sevda Demirel bu cür münasibət bildirib:

"Homofob deyiləm, amma iki bığlı adamın evlənməyi məni dərindən yaraladı. Yeganə bacım oğlunun toy şəkilləri mənə göndəriləndə böyük şok yaşadım.

Fotolarda gəlin yox idi. Onun evliliyindən sonra həblər və sakitləşdirici dərmanlar istifadə etmişəm. Atam nəvəsinin belə evləndiyini görsə, çox üzülərdi. Təəssüf ki, əxlaqi dəyərlər pozulur. Azğınlığı alqışlamıram. Müasirlik bu deyil”.

 

oxu.az 
XƏBƏR LENTİ