Məşhurlara qızıl satan biznes leydinin - Başını kəsdilər

Məşhurlara qızıl satan biznes leydinin -  Başını kəsdilər
Bütün Xəbərlər
13:07 05.01.2016
4044
Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.
AZXEBER.COM -ya daxil olan məlumata görə, “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.
Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.
Nəsimi rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.
Qeyd edək ki, mərhum biznes leydi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.
OXŞAR XƏBƏRLƏR