“Messi futboldan gedir, amma...”

“Messi futboldan gedir, amma...”
İDMAN
17:07 07.10.2026
146

Xəbər verdiyimiz kimi, Lionel Messi dünən gecə Argentina millisinin heyətində sonuncu oyununa çıxıb.

39 yaşlı futbolçu Buenos-Ayresdəki "Monumental” stadionunda Benin seçməsinə qarşı keçirilən qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə edib. Argentina yığması görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. 

Bununla da Messi milli komanda karyerasını 208 oyun və126 qolla başa vurub. 

Qeyd edək ki, Messi 21 illik milli komanda karyerası ərzində Argentina ilə dünya çempionluğu, iki Amerika Kuboku və digər mühüm titullara sahib olub. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman eksperti Elçin Cəfərov bildirib ki, Messi vəRonaldo qarşıdurması son 30 ildə dünya futbolunun əsas hadisələrindən biri olub:

"Biz müasir futbolun son 30 ilinə nəzər yetirdikdə, bu idmanı maraqlı edən əsas amillərdən birinin Messi və Ronaldo qarşıdurması olduğunu görürük. Bu iki fenomen futbolçunun dünya futbolunun tamamiləfərqli mərhələyə keçməsində böyük rolu olub. Ronaldo bir neçə gün əvvəl milli karyerası iləbağlı qərarını verdi. Bu gün isə Messinin 21 illik milli komanda karyerası başa çatdı. Messi dünya futbolunun ən istedadlı oyunçularından biridir. Futbol tarixinin ən yaxşı beşoyunçusunun adı çəkiləcəksə, onlardan biri məhz Messi olacaq”.

  


Ekspertin sözlərinəgörə, Messi dünya çempionluğunu qazandıqdan sonra milli komandadan ayrıla bilərdi:

"Messi-Maradona müqayisəsi hər zaman aktual olub. Maradonanın bir dünya çempionluğu var idi və bundan sonra Argentina millisinin dünya çempionu olması üçün Messi üzərində böyük təzyiq vardı. Messi 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının finalında bu kuboku qazanmağa yaxın olsa da, buna nail ola bilmədi. Səkkiz il sonra Qətərdə dünya çempionu olmaqla üzərindəki təzyiqi aradan qaldırdı. Məncə, həmin mundialdan sonra Messi milli komanda iləvidalaşa bilərdi. Çünki artıq dünya çempionluğu da daxil olmaqla bir sıra titulları Argentina millisinin qazandırmışdı”. 

Elçin Cəfərov qeyd edib ki, Messi yalnız meydandakı çıxışı ilədeyil, liderlik xüsusiyyətləri ilə dəfərqlənib:

"Messi sadəcəfutbolçu deyildi. O, komandanı arxasınca aparan, meydanda düşünən vəfutbolçuları ətrafında birləşdirən lider idi. Kiçik yaşlarında xəyalını qurduğu futbolçularla sonradan milli komandada çiyin-çiyinəmübarizəapardı. Messi həm Argentina, həm dədünya futboluna nümunəqoydu. Onun əzmkarlığı, meydana fokuslanması və meydandan kənar hadisələrdən uzaq qalması necə böyük futbolçu olduğunu göstərdi. Dünənki çıxışı vəazarkeşlərə müraciəti ilə dəbunu bir daha nümayişetdirdi”.

Ekspert Messinin futbolçu karyerasından sonra da futbol sahəsində fəaliyyət göstərəbiləcəyini düşünür:

"Böyük ehtimalla bundan sonra futbolçu kimi deyil, funksioner kimi fəaliyyət göstərəbilər. Onun bu sahədə nəqədər uğurlu olacağını isə zaman göstərəcək. Argentinada hər kəs Maradona nümunəsində Messinin də futbolçu karyerasından sonrakı fəaliyyətini maraqla izləyəcək. Maradonanın sonrakı fəaliyyəti uğurlu alınmadı. Onun xarakteri vəhəyatında yaşadığı problemlər buna təsir edən amillərdən idi. Messi isə bu baxımdan fərqli profilə malikdir. Buna görə dəfunksioner kimi uğurlu ola biləcəyini düşünürəm. Messi yaşıl meydanlardan və milli komandadan uzaqlaşsa da, onun yeri hər zaman görünəcək”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR